Tariflər və paketlər

Hörmətli şirkət rəhbərləri, sahibkarlar və fermerlər !

İstənilən yerli və xarici aqrar şirkət, fermer və sahibkar öz kənd təsərrüfatı və qida məhsullarını bizim onlayn B2B satış platformasında yerləşdirə bilər. Bunun üçün aşağıda qeyd olunan şərtlərlə tanış olun və təklif olunan 2 əməkdaşlıq paketindən birini seçin. 

 

Məhsul yerləşdirmək üçün nə tələb olunur?

 -  Bizə yazmaq və ya zəng etmək;

 -  Bizimlə onlayn və ya oflayn qaydada öncədən tərtib edilmiş əməkdaşlıq müqaviləsinin bağlanması;

 -  Xidmət haqqının ödənilməsi (əməkdaşlıq formasından asılı olaraq).

 

Həmçinin bizə aşağıda qeyd olunan materialların və şəkillərin göndərilməsi xahiş olunur:

  - Məhsullarınızın yüksək keyfiyyətli şəkilləri (şəkillərin ölçüsü  400x400, həcmi isə 100 KB qədər);

 -  Topdan və (və ya) tövsiyyə olunan pərakəndə qiymətlərin prays vərəqəsi;

 -  Satış həcmindən asılı olaraq endirim cədvəli (ehtiyyac olduqda);

  - Məhsullarınızın geniş təsviri, texniki parametrləri, digər xüsusiyyətləri haqqında məlumat;

  - Tələb və ehtiyyac olunduqda videomateriallar və elektron kataloqlar;

  - Ödəniş və logistika şərtləriniz;

  - Sertifikatların sürəti;

  - Şirkətinizin haqqında məlumat və qeydiyyat sənədinin sürəti;

  - Açar sözlər (hər məhsul üçün);

  - Alıcı tərəfindən istənilən digər məlumatlar.

Qeyd: Əgər Sizin korporativ saytınız və ya internet mağazanız varsa bəzi şəkilləri və məlumatları oradan əldə edə bilərik.

 

ƏMƏKDAŞLIQ PAKETLƏRİ VƏ TARİFLƏRİ:

  • PAKET: "ABUNƏ" 

    Biz, Sizin aqrar və qida məhsullarınızı təqdim etdiyiniz topdan və ya pərakəndə qiymətilə platformada yerləşdiririk. Məhsulla yanaşı Sizin əlaqə məlumatlarınız platformada yerləşdirilir. Alıcılar bir-başa Sizinlə əlaqə saxlayır və ya bizim vasitəmizlə Sizə çıxır. Heç bir komissiya nəzərdə tutulmayıb. Məhsullar pulsuz yerləşdirilir. 

    Bu üsulu seçən şirkət və sahibkarlar müəyyən olunmuş məbləğdə illik xidmət haqqı ödəyirlər:

     

    Fərdi sahibkarlar üçün  -  aylıq ödəniş – 30 AZN.   Yerləşdirilən məhsulların maksimal sayı - 100 addaÖdəniş -  illik .

    Mikro və kiçik müəssisələr  -  aylıq ödəniş – 50 AZN.  Yerləşdirilən məhsulların maksimal sayı - 200 addaÖdəniş - illik.

    Orta müəssisələr və şirkətlər  -  aylıq ödəniş – 100 AZN. Yerləşdirilən məhsulların maksimal sayı - 300 addaÖdəniş - illik.

    İri şirkətlər və holdinqlər -  aylıq ödəniş – 200 AZN. Yerləşdirilən məhsulların maksimal sayı - 500 addaÖdəniş -  illik.

    Sahibkar və şirkətlər üçün Platforma daxili internet mağaza (satış vitrini) yaradılır.

    Şirkət və sahibkarlar sosial şəbəkələrdə və KİV-də öz internet mağazalarının linklərini yerləşdirə bilərlər.

     

    "ABUNƏ" paketinin əsas üstünlükləri: 

    Bizimlə əməkdaşlığın ilkin mərhələsində Sizə "ABUNƏ" paketinə qoşulmağı və bu paketə aid olan əlavə üstünlüklərdən bəhrələnməyi təklif edirik:

    1) Məhsullarınızın digər paketlərdən fərqli olaraq tam PULSUZ yerləşdirilməsi;

    2) İlk mərhələdə platformamızı sınaqdan keçirmək və bunun nəticəsindən asılı olaraq "ABUNƏ" paketdə qalmaq və ya digər paketə keçmək imkanı;

    3) Sponsor şirkətlər üçün 1-2-3 il platformadan PULSUZ istifadə etmək imkanı;

    4) Digər paketlərdən fərqli olaraq "ABUNƏ" paketi seçdikdə, Siz satıcılarla bir başa əlaqə qurmaq və vəsitəçi olmadan danışıqlar aparmaq imkanı əldə edirsiniz;

    5) Bəzi şirkətlər və sahibkarlar müxtəlif səbəblərdən öz topdan satış qiymətlərini platformada yerləşdirmək istəmirlər. Lakin potensial alıcılarla qiymət müzakirə etməyə hazırdılar. Bu məqsədlə Siz qiymətin yerinə "Qiyməti soruşun" ifadəsini qeyd edə bilərsiniz;

    6) Daha çevik, tez və vasitəçinin iştirakı olmadan alıcılarla əlaqə qurmaq və danışıqlar aparmaq imkanı. Danışıqlar prosesində vaxt itkisinin, ləngimənin qarşısı alınır;

    7) Həmçinin komissiyanın və vasitəçilərin olmaması qiyməti daha əlverişli və cəlbedici edir.

     

    Diqqətinizə: Gördüyünüz kimi bizim aylıq tariflər ən az əmək haqqı alan işçinin maaşının  30-50 % təşkil edir. Bu məbləğ qarşılığında biz parallel qaydada Sizin marketinq və onlayn satış departamentinizin işini görməklə yanaşı, həmçinin Azərbaycan və MDB ölkələri üzrə "Sizin onlayn satış nümayəndəniz" olmuş oluruq.

    Aksiya: Abunə haqqı illik ödənildikdə - hesablama ilk satış tarixindən başlayır. Məsələn, Siz abunə haqqını 2021-ci ilin yanvar ayında ödədiniz, ilk topdan satışınız isə mart ayında oldu. Bu halda,  Siz 2022-ci ilin aprel ayına qədər Platformadan istifadə edirsiz və növbəti ilin abunə haqqını  2022-ci ilin aprel ayında ödəyirsiniz.

  • PAKET: "STANDART"     

     

    Bir məhsulun illik yerləşdirmə xərci:

    1. Yerli sahibkar/fermer və kiçik müəssisələr üçün - 5-7 AZN,

    2. Orta və iri şirkətlər üçün 10-12 AZN təşkil edir.

    Məhsul üzərində satıcı haqqında tam məlumat yerləşdirilir. Məhsul satıldıqda, alıcı bir-başa satıcı ilə əlaqə yaradır. 

     

    Sahibkar və şirkətlər üçün Platforma daxili internet mağaza (satış vitrini) yaradılır.

    Şirkət və sahibkarlar sosial şəbəkələrdə və KİV-də öz internet mağazalarının linklərini yerləşdirə bilərlər.

  • PAKET: "KOMİSSİYA"     

     

    Heç bir aylıq və ya illik ödəniş mövcud deyil.

    1. Sahibkarlar/fermerlər və kiçik müəssisələr15 məhsul - Pulsuz yerləşdirilir.

    2. Orta və iri şirkətlər - 30 məhsul Pulsuz yerləşdirir.

     

    Komissiya həcmi:

    Topdan satışdan  5 %, pərakəndə satışdan isə 10 % komissiya ödənilir.

    Məhsul üzərində satıcı haqqında heç bir məlumat yerləşdirilmir. Məhsul satıldıqda, sifarış bizə daxil olur, biz isə onu satıcıya yönləndiririk. 

     

    Şirkət və sahibkarlar üçün Platforma daxilində pulsuz internet mağaza (satış vitrini) yaradılır.

    Şirkət və sahibkarlar sosial şəbəkələrdə və KİV-də öz internet mağazalarının linklərini yerləşdirə bilərlər.