Biz necə işləyirik?
B2BAGRO.AZ – Azərbaycan və MDB ölkələrinin sahibkarları və şirkətləri üçün yaradılmış - Vahid Aqrar Elektron Ticarət Platformasıdır. Bu səbəbdən platforma azərbaycan və rus dillərində yaradılıb. Yaxın gələcəkdə platformanın türk və ingilis dilində yaradılması planlaşdırılır.
Bizim platforma - yerli və xarici şirkət və sahibkarların idxal və ixrac əməliyyatlarının dəstəklənməsi, MDB ölkələri arasında beynəlxalq ticarətin inkişafı, potensial alıcıların və təchizatçıların, partnyor və dilerlərin tapılmasına dəstək üçün yaradılıb.
Bizim üstünlüklərimiz
Şirkət və ya sahibkarlara - şəxsi və ya korporativ internet mağazanın yaradılması təxminən 1000-3000 AZN başa gəlir. Belə internet mağazanın idarəolunması, texniki dəstək və reklam xərcləri ayda ən azı 2000-3000 AZN vəsait tələb edir.
Bizim platfromada məhsulların yerləşdirilməsi, tanıtımı və satışının təşkili üçün şirkət və sahibkarlardan 50-400 AZN məbləğində aylıq xərc tələb edir (şirkətdən və məhsul sayından asılı olaraq).
İstənilən yerli və xarici şirkət və sahibkar öz məhsullarını bizim platformada yerləşdirə bilər. Bunun üçün bizim əməkdaşlıq şərtləri ilə tanış olmaq, onları qəbul etmək və əməkdaşlıq müqaviləsi bağlamaq kifayətdir.
Məhsulları platformada necə yerləşdirmək olar?
Müqavilə bağlandığından sonra, şirkət və ya sahibkar aşağıda qeyd olunan məlumatları bizə təqdim etməlidir:
- Məhsulların keyfiyyətli şəkili (ölçü 400 х 400, həcm 100 KB);
- Topdan və tövsiyyə olunan pərakəndə qiymətləri əks etdirən prays vərəqi ("Qiyməti soruş" xidmətini seçdikdə buna ehtiyyac yoxdur);
- Satış həcmindən asılı olaraq təqdim edilən endirim cədvəli;
- Məhsulların təsviri, texniki parametrləri, digər xüsusiyyətləri haqqında məlumat;
- Platforma və ya alıcı tərəfindən tələb olunan digər məlumatlar.
Qeyd: Əgər şirkətinizin korporativ saytı və ya internet mağazası varsa bəzi məlumatları oradan götürmək (yükləmək) mümkündür.
Necə satmaq?
Şirkət və sahibkarlar məhsullarını aşağıda qeyd edilən qiymətlərlə yerləşdirə bilərlər:
а) topdan satış qiyməti ilə;
b) pərakəndə satış qiyməti ilə;
c) topdan satış və tövsiyyə olunan pərakəndə satış qiymətləri ilə;
d) qiymət göstərilmədən - «Qiymət soruş» düyməsi vasitəsilə sorğunun göndərilməsi.
«ABUNƏ» paket istifadəçilərinə komissiya tətbiq olunmur və onlar rüblük, yarım illik və illik tarif ödəməklə öz məhsullarını və əlaqə məlumatlarını platformada pulsuz yerləşdirə bilərlər. Bu haqda "Necə qoşulmaq?" səhifəsində geniş izahat verilir.
Platforma, əsasən B2B satışların həyata keçirilməsi üçün nəzərdə tutulsa da, burada şirkət və sahibkarlar pərakəndə satışlarda həyata keçirə bilərlər.
Satış prosesi necə həyata keçirilir?
«ABUNƏ» və «STANDART» paketlərini seçən şirkət və sahibkarların əlaqə məlumatları məhsul səhifəsində qeyd olunur. Alıcı, ətraflı məlumat almaq üçün bir-başa satıcı və ya istehsalçı şirkət ilə elektron poçt, Whatsapp və ya telefon vasitəsilə əlaqə yaratmaq imkanı əldə edir. Tərəflər razılığa gəldiyi halda, onlar arasında müqavilə bağlanılır və müqavilədə bütün şərtlər əksini tapır (ödəniş və daşınma şərtləri, qiymətlər, zəmanət və geri qaytarılma).
Platforma belə müqavilələrdə tərəf kimi çıxış etmir və tərəflər şərtləri pozduqda, heç bir məsuliyyət daşımırlar.
Reklam xidmətlərimiz
Bizim platforma satıcılara əsas səhifədə reklam bannerləri yerləşdirməklə reklam xidmətləri təklif edir:
Reklam bannerləri vasitəsilə alıcılar bir-başa reklam yerləşdirən şirkətin korporativ saytına və ya internet mağazasına, bunlar olmadıqda isə platforma daxilində onlar üçün yaradılan məhsullar kataloquna (internet mağazaya) keçid edə bilərlər.
Reklamınızı aşağıda qeyd olunan yerlərdə yerləşdirə bilərsiniz:
1) Əsas slaydda;
2) Reklam blokunda
3) Ani açılan pəncərədə.
4) Sponsor şirkətlər üçün - pulsuz reklamın yerləşdirilməsi mümkündür.
Bunun üçün şirkət «ABUNƏ» paketi seçməli və ən azı 3-5 və daha çox illərin illik ödənişini birdəfəlik ödəməlidir.
Reklamın yerləşdirilməsi ilə bağlı tariflərlə "Reklam yerləşdir" səhifəsində tanış olmaq olar.