BUSİNESS WOMEN CLUB - AZERBAIJAN

Hörmətli işgüzar xanımlar və şirkət nümayəndələri!

Gələn ildən başlayaraq bir-neçə maraqlı layihələrimiz olacaq.

Bu layihələrdə iştirakınız biznesinizin inkişafına, yaradılmasına, genişləndirilməsinə, müştəri bazanızın, satışlarınızın və gəlirləriniz artırılmasına dəstək verəcək.

Bir layihə haqqında qısa məlumat vermək istərdim:

Hal-hazırda  qadınlar üçün yaratdığımız hazır internet mağazamız var (instagram dizaynda).  

Bu internet mağazanı – Klub üzvləri üçün vahid internet - mağazası etmək istəyirik. Hər kəs bəhrələnə bilsin.

Burada hamınız məhsul yerləşdirib sata biləcəksiniz. Bu layihənin xüsusi özəlliyi var.

1. Məhsullarınızı həm özünüz satacaqsınız, həmdə digər xanımlar sizin məhsulları sataraq qazanc əldə edə biləcəklər. Hər satışdan digər xanımlara bəlli komissiya ödəyəcəksiniz.

2. Siz, digər xanımların məhsullarını satıb qazanc əldə edə biləcəksiniz. Məhsulunu satdığınız şirkət Sizə komissiya ödəyəcək.

3. Şirkətinizə və mağazanıza müstəqil ticarət aqentləri cəlb edə  biləcəksiniz ( komissiya ödəməklə).

4. Reklama və tanıtıma xərcləriniz azalacaq. Çoxlu sayda ziyarətçi sizin məhsulları görə biləcək. Yəni bütün xanımların məhsulları eyni internet mağazada olduğu üçün, hamı həmin internet mağazanı təbliğ və reklam edəcək. Beləliklə, digər xanımlar sizin, siz isə digər xanımların məhsulun reklam etmiş olacaqsınız. Buda daha çox insanın internet mağazaya daxil olması və satış şansınızın artırılması deməkdir.

5. Hər işgüzar xanımın və şirkətin öz internet vitrini olacaq (yəni internet mağazası). Hər biriniz internet mağazanız linki social mediada paylaşa biləcəksiniz

6. Məhsullarınızın müştərilərə çatdırılmasını təmin etmək üçün vahid çatdırılma xidməti təşkil olunacaq.

Əlavə məlumat üçün: 050 475 57 28, Aqil Babayev (Klubun rəhbəri və  inzibatçısı)

 

Klubun inkişafı ilə bağlı təklifləriniz. Hansı məlumatları əldə etmək istərdiniz?