Hörmətli işgüzar xanımlar və şirkət nümayəndələri!
Bir-birimizi daha yaxşı tanımaq üçün xahiş edirəm hər birinizi qeydiyyatdan keçəsiniz.
Son tarix: 30 yanvar
Həmçinin, bəzi qaydalarımız ilə tanış olmağınızı xahiş edirik.
Klubda və qrupumuzda nizam-intizamın olması üçün aşağıda qeyd olunan qaydalara və tələblərə riayət etməyinizi xahiş edirik.
1. Klub və qrup üzvlərimizi tanımaq üçün mütləq qeydiyyatdan keçin. Bu bizə, hansı xanımın hansı biznes və ya işlə məşğul olmasını bilməkdə kömək olacaq.
2. Qruplarda yalnız biznes mövzularında paylaşım etməyiniz xahiş olunur. Reklam, tanıtım, elan paylaşmaq olar (həftədə bir dəfə). Digər mövzularda paylaşımlara ya icazə verilməyəcək, yada xəbərdarlıq ediləcək;
3. Klubda təhqirlərə, əsassız iradlara, qeyri –etik paylaşımlara icazə verilmir. Əks halda Klub üzvü Klubdan xaric olunacaq. Digər üzvlərlə bağlı problem və iradlar yarandıqda Bizə (adminə) müraciət etməyiniz xahiş edilir.
4. Klub üzvlərinin bir-birinə şəxsi nömrələrinə reklam paylaşmağa icazə verilmir. Biz bunun üçün həm Klubda, həm təqdimatlarda Sizə reklam və tanıtım etmək imkanını verəcəyik. Digər üzvlərin şəxsi nömrələrinə reklam paylaşıb onları narahat etməyin. Kimsəyə belə reklam gəlsə adminə şikayət edə bilərsiniz.
5. Klubda digər üzvlərdən müxtəlif səbəb gətirərək pul və yardım istəmək qadağandır. Sosial tədbirlər onsuzda olacaq. Kredit kartlarınızı paylaşmayın. Kimsə, Klubun adında istifadə edərək Sizdən pul köçürməyi xahiş edərsə - dərhal bizə yazın.
6. Klubda və yazışmalarda istənilən negativ və təxribat xarakterli paylaşım gördükdə adminlərə yazın. Adminlərin bəzən işləri çox olur və nəzarət edə bilmirlər.
7. Hal-hazırda Klub saat 09.00-19.00 arası yazışmaq üçün açıq olur. 2024-ci ildə şərtlər dəyişdiriləcək. Paylaşımlar adminlər vasitəsilə (moderasiya olunduqdan sonra) yerləşdiriləcək və ya təyin olunan vaxtlarda qrup yazışmaq üçün açılacaq. Məsələn, 10.00-12.00 və 15.00-17.00 arası.
8. İrad və şikayətlərinizi, ideya, layihə və təkliflərinizi adminlərə göndərə bilərsiniz. Sorğunuz adminlər tərəfindən yaxın zamanda cavablandırılacaq.
Hörmətli xanımlar!
Klubumuzun üzvlərinin sayı nə qədər çox olarsa, o qədərdə reklam və tanıtım paylaşımınız effektli olacaq. Daha böyük auditoriya - Sizin təklif və reklamınızı izləyəcək.
Hər birinizdən tanıdığınız, etibar etdiyiniz, məsləhət gördüyünüz 3-5 işgüzar xanımı Klubumuza dəvət etməyinizi xahiş edirik.
Dəvət üçün link: https://chat.whatsapp.com/LLBH7fDdgec21o2VENROrm
Dəvət etdiyiniz şəxsin ad və soyadın, şirkətinin adını və vəzifəsin bizə yazaraqda onu Kluba üzv edə bilərsiniz.
Əlavə məlumat üçün:
050 475 57 28, Aqil Babayev (Klubun inzibatçısı)
051 232 83 73, Rəna Qəribova (Klubun inzibatçısı)