Konya 20-ci Beynəlxalq Kənd Təsərrüfatı, Kənd Təsərrüfatı Mexanikləşdirilməsi və Sahə Texnologiyaları Sərgisi

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin və sahibkarların nəzərinə !

Hörmətli sahibkarlar!

5-9 mart 2024-cü il tarixləri arasında TÜYAP Konya Beynəlxalq Sərgi Mərkəzində Konya 20-ci Beynəlxalq Kənd Təsərrüfatı, Kənd Təsərrüfatı Mexanikləşdirilməsi və Sahə Texnologiyaları Sərgisi keçiriləcək.

Yarmarka haqqında ətraflı məlumat üçün: https://www.konyatarimfuari.com/

Yarmarkanın əhatə dairəsi: https://www.konyatarimfuari.com/fuar-kapsami

Qonaqlara veriləcək pulsuz dəstəklər:

  • - 3 gecə gecələmə (səhər yeməyi daxil)
  • - Hava limanı → Otelə transfer (bir saatlıq, eyni vaxtda ən azı 5 nəfər olmaq şərti ilə)
  • - Otel → yarmarka → otel transferi

Yerləşdirmə tarixləri:

Sizdən xahiş edirəm, mehmanxanaya giriş/çıxış tarixlərini nəzərə alasınız və Sizə uyğun tarix seçəsiniz.

Giriş: 04.03. / Çıxış: 07.03.2024        və ya      Giriş: 07.03 / Çıxış: 10.03.2024

Müraciət üçün son tarix: 16 fevral 2024-ci il

Xidmət haqqı:  50 AZN (bir şirkət üçün). Hər şirkətdən iki nəfər iştirak edə bilər. Bir şirkətə bir ikinəfərlik otaq ayrılacaq.

Daha ətraflıməlumat üçün: 0504755728

QEYDİYYAT ÜÇÜN MƏLUMAT

Əsas şərtlər:

1. Gediş-gəliş üçün aviabiletlər iştirakçı tərəfindən alınır;

2. 3 gecə oteldə qalmaq xərcləri və  transfer xərcləri təşkilatçılar tərəfindən qarşılanır.

3. Son qeydiyyat tarixi: 16 fevral 2024-ci il

4. İştirakçı sayı - məhduddur.