Kredit və lizinq
Hörmətli sahibkarlar, fermerlər və aqrar müəssisə rəhbərləri !
Yerli və xarici sahibkar və şirkətlərə maliyyə dəstəyinin göstərilməsi, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, satışın stimullaşdırılması və ticarət dövriyyəsinin artması məqsədi ilə 2025-ci ildən başlayaraq yerli və xarici banklar, qeyri-bank kredit təşkilatları, lizinq şirkətləri ilə əməkdaşlıq çərçivəsində yeni maliyyə xidmətlərimiz təklif olunacaq:
Yerli və xarici banklarla əməkdaşlıq çərçivəsində, bizim platforma yerli və xarici sahibkar və fermerlərə, aqrar şirkət və müəssisələrə, idxal və ixrac şirkətlərinə ticarətin və idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi məqsədi ilə "Mobil idxal/ixrac krediti" onlayn kredit xidmətini təklif edəcək. Bu xidmət ölkələr və şirkətlər arasında idxal-ixrac ticarət dövriyyəsinin stimullaşdırılmasına, Azərbaycan və MDB ölkələrinin, türkdilli dövlətlərin şirkətləri arasında beynəlxalq ticarət həcminin artmasını təmin edəcək.
Kiçik və orta biznesin, fermer və fərdi biznes qurmaq istəyən vətəndaşların kreditləşdirilməsi üçün bank və qeyri-bank qurumları ilə birgə yeni "Mobil biznes kredit" onlayn kredit servisi təqdim ediləcək.
Vətəndaşların, xırda sahibkar və fermerlərin alıcılıq qabiliyyətinin artırılması, alış-verişin stimullaşdırılması, ticarətin və istehsalın inkişafı üçün bank və qeyri-bank təşkilatları ilə birgə "Mobil istehlak krediti" onlayn kredit servisinin tətbiq olunması planlaşdırılır.
Platforma avadanlıq, texnika və maşınların satışını lizinq yolu ilə maliyyələşdirən lizinq şirkətləri ilə əməkdaşlıq edəcək. Bu məqsədlə "Onlayn lizinq" onlayn xidmətinin tətbiqi və genişlənməsi planlaşdırılır. Bu xidmət, fermer və aqrar müəssisələrə daha tez və çevik şəkildə lizinq şirkətləri vasitəsilə avadanlıq və texnika əldə etmək imkanı yaradacaq.