Biz necə işləyirik?

B2BAGRO.AZ  –  Azərbaycan və MDB ölkələrinin sahibkarları və şirkətləri üçün yaradılmış  - Vahid Aqrar Elektron Ticarət Platformasıdır. Bu səbəbdən platforma azərbaycan və rus dillərində yaradılıb. Yaxın gələcəkdə platformanın türk və ingilis dilində yaradılması planlaşdırılır. 

Bizim platforma - yerli və xarici şirkət və sahibkarların idxal və ixrac əməliyyatlarının dəstəklənməsi, MDB ölkələri arasında beynəlxalq ticarətin inkişafı, potensial alıcıların və təchizatçıların, partnyor və dilerlərin tapılmasına dəstək üçün yaradılıb.

 

 

 

Necə satmaq?

Şirkət və sahibkarlar məhsullarını aşağıda qeyd edilən qiymətlərlə yerləşdirə bilərlər:

    а) topdan satış qiyməti ilə;

    b) pərakəndə satış qiyməti ilə;

    c) topdan satış və tövsiyyə olunan pərakəndə satış qiymətləri ilə;

    d) qiymət göstərilmədən - «Qiymət soruş» düyməsi vasitəsilə sorğunun göndərilməsi.

 

Satış prosesi necə həyata keçirilir?

Platformaya qoşulan şirkət və sahibkarların əlaqə məlumatları məhsul səhifəsində qeyd olunur. Alıcı, ətraflı məlumat almaq üçün bir-başa satıcı və ya istehsalçı şirkət ilə elektron poçt, Whatsapp və ya telefon vasitəsilə əlaqə yaratmaq imkanı əldə edir. Tərəflər razılığa gəldiyi halda, onlar arasında müqavilə bağlanılır və müqavilədə bütün şərtlər əksini tapır (ödəniş və daşınma şərtləri, qiymətlər, zəmanət və geri qaytarılma).

Platforma belə müqavilələrdə tərəf kimi çıxış etmir və tərəflər şərtləri pozduqda, heç bir məsuliyyət daşımırlar. 

 

Reklam xidmətlərimiz

Bizim platforma satıcılara əsas səhifədə reklam bannerləri yerləşdirməklə reklam xidmətləri təklif edir:

Reklam bannerləri vasitəsilə alıcılar bir-başa reklam yerləşdirən şirkətin korporativ saytına və ya internet mağazasına, bunlar olmadıqda isə platforma daxilində onlar üçün yaradılan məhsullar kataloquna (internet mağazaya) keçid edə bilərlər.

Reklamınızı aşağıda qeyd olunan yerlərdə yerləşdirə bilərsiniz:

   1) Əsas slaydda;

   2) Reklam blokunda

   3) Ani açılan pəncərədə.

   4) Sponsor şirkətlər üçün - əsas slaydda pulsuz reklamın yerləşdirilməsi mümkündür.

 Bunun üçün şirkət ən azı 3 ilin illik ödənişini birdəfəlik ödəməlidir.

Reklamın yerləşdirilməsi ilə bağlı tariflərlə "Reklam yerləşdir" səhifəsində tanış olmaq olar.