Heç kim məhsulu görmədən, məhsul və onu istehsal edən şirkət haqqında məlumat əldə etmədən - bu məhsulun alınmasında maraqlı deyil. Şirkətiniz, məhsulunuz və xidmətləriniz haqqında məlumatı biz bu platforma vasitəsilə on minlərlə digər şirkət və sahibkarlara, potensial alıcılara və istehlakçılara çatdırırıq. Şirkətinizi və məhsullarınızı tanıtmaq üçün - bizim platformada təmsil olunmanız zamanın tələbidir. Məhsul və xidmətlərinizi tanıtmaq və satmaq - bizim ən vacib vəzifəmizdir.
İstənilən yerli və xarici şirkət və sahibkar öz məhsullarını və xidmətlərini bizim platfromaya yerləşdirə bilər. Bunun üçün bizim əməkdaşlıq şərtləri ilə tanış olmaq, onları qəbul etmək və əməkdaşlıq müqaviləsi bağlamaq kifayətdir.
Biz, yerli və xarici şirkət və sahibkarları fəal şəkildə əməkdaşlığa dəvət edərək, onlara məhsullarının platformada yerləşdirilməsi üçün bir neçə əlverişli paket təqdim edirik. Biz, hər birinizin inkişafında maraqlıyıq. Milli və xarici bazarlara çıxış imkanlarından daha çox faydalanın və tanının. İlk milli onlayn ticarət platforması - həmişə Sizin xidmətinizdədir !