Çin şirkətlərinin sərgisi 2024

Hörmətli sahibkarlar, şirkət rəhbərləri və nümayəndələri !

Sizi, 17-18-19 sentyabr 2024-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək "Beynəlxalq Azərbaycan Çin Şirkətlərivə Avtomobilləri Sərgisi" - nə dəvət edirik.

Qeydiyyatdan keçən ziyarətçilər 17-18-19 sentyabr tarixlərində Çin şirkətlərinin sərgisinə gələ bilərlər. Məkan: Bakı Ekspo Mərkəzi (Aeroport yolu).

Rəsmi açılış 17 sentyabr saat 10.30-da planlaşdırılır.

Ziyarətçi kimi iştirak - ödənişsizdir. Sərgiyə giriş saat 10.00 dan başlayacaq. Sahibkarlardan və şirkət nümayəndələrindən daxili qeydiyyatdan tez keçmək üçün vizit kartlarının təqdim etməsi xahiş edilir.

Ümüd edirik ki, sərgidə yeni təchizatçılar və tərəfdaşlar tapa biləcəksiniz.

Sərgidə, tanıtım və reklam məqsədilə, stend icarəyə götürmək, flayer, buklet və promo məhsullar paylamaq, rollap yerləşdirmək üçün bizə müraciət edə bilərsiniz.

* Sərgiyə daxil olduqda qeydiyyat prosesini tezləşdirmək üçün üzərinizdə vizit kartınızın və (və ya) reklam flayerin üzərində olan anketin doldurulması və sərgidə qeydiyyat masasında təqdim edilməsi arzuolunandır.

* Qeydiyyatdan keçərkən kontakt məlumatlarınızı  ingilis dilində dəqiq (xüsusilə telefon və emailı)  yazın.

Qeydiyyatdan keçən şəxslərin elektron poçtuna tədbirə 5-7 gün qalmış bildiriş, sərginin proqramı və çin şirkətlərinin siyahısı göndəriləcək.

Daha  ətraflı məlumat almaq üçün əlaqə saxlayın: +99450 475 57 28

 

QEYDİYYAT ANKETİ