Əsas / BAD-lar və sağlam qida / Sarımsaq yağı

Sarımsaq yağı

Рейтинг:
(0 голосов)

Sarımsaq yağı

Artikul:
SQ0004
Рейтинг:
(0 голосов)

Sarımsaq yağı

Artikul:
SQ0004
3.93
Количество:
Qiymət soruş
Parametrlər
İstehsalçı
Çəki:
100 qr

Sarımsağın faydaları hamıya məlumdur bu möcüzəvi bitki illərdir insanların sağlamlığı üçün bir mayak rolunu oynamaqdadır.  əvvəlcə sarımsaq yağının hazırlanmasını yazaq sonra istifadə ounması haqqında yazarıq. Deməli 4-5 diş sarımsağı sarımsaqəzəndə əzib 1 stəkan (200 qram) rafinə olunmamış  zeytun yağına qarışdırın, sonra ağzı kip bağlanılan şüşə qaba doldurub 1 həftə gözləyin çalışın gözlədiyiniz 1 həftədə sarımsaq yağını isti bir yerdə saxlayasınız. Yay olanda pəncərə qabağında,  qış olanda soba (otopleniya) üstündə . 1 həftə sonra yağı 4-5 qat cunadan süzün istifadə edə bilərsiniz. 

Sarımsaq yağının faydaları

Sarımsaq yağı mükəmməl bir tükgətiricidir. Əgər saçlarınız tökülürsə və saçlarınızda saçqıran kəpək varsa onda saç diblərinə bu yağdan çəkərək 1-2 saat gözlədikdən sonra yuya bilərsiniz. Başda keçəllik varsa yenədə sarımsaq yağını tük bərpa olana qədər çəkə bilərsiniz, çəkdikdən sonra 5 dəqiqə masaj etmək çox faydalıdır. Ayaq və əl barmaqları arasındakı göbələk xəstəliyi zamanda bu yağdan gündə 2 dəfə çəkə bilərsiniz. Qulaq karlığında olduqca faydalıdır sarımsaq yağından gündə 2 dəfə hər dəfədə 2 damcı qulağa tökə bilərsiniz. Təzə başlamış qulaq səslərinin qarşısını alır, təzə başlamış karlığında qarşısını alamaq üsçün çox faydalı bir qarışımdır. Qəbizliyin qarısını almaq üçün bu yağdan gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı götürüb 1 stəkan suya qarışdırıb içə bilərsiniz. Qaşların tökülməsi zamanı sarımsaq yağının gündə 1-2 dəfə tökülmüş qaşların üstünə  çəkilməsi olduqca faydalıdır. Saqqal tökülməsi zamanı gündə 1-2 dəfə tökülmüş nahiyyələrə çəkə bilərsiniz. 

Yüksək təzyiq xəstəliyində yağın içilməsi faydalıdır yenədə yağı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suya qarışdırıb içə bilərsiniz. Yağın bu formada içilməsi köp xəstəliyində də faydalıdır. Arıqlamaq istəyənlərdə bu formada daxilə qəbul edə bilərlər. Sarımsaq yağının bu  formada içilməsi çox güclü bir qurdqovucudur. Qurd xəstəlikləri zamanı sarımsaq yağının yuxarıda su ilə qarışmış forması ilə qlizma etməkdə faydalıdır. Sarımsaq yağını bu hallarda istifadə etmək olmaz. Mədə, qida borusu yaralarında istifadə etmək olmaz. (kolitlər zamanı həkim ilə məsləhətləşib istifadə edə bilərsiniz)  Qan azlığı, hemofiliya xəstəliyində.  və təzyiq aşağı olan zaman istifadə edilməməlidir.

Sarımsaq yağının faydalarını saymaqla bitmir. O, alternativ təbabətdə və xalq arasında istifadə edilən ən qədim bitkilər arasında yer alır.

Sarımsaq yağından saç maskası kimi daha çox istifadə edilir. O, ekoloji amillərə bağlı yaranmış saç tökülməsinin qarşısını alır, saç dərisi problemlərinə təbii antibiotik kimi yaxşı təsir edir və saç diblərini möhkəmləndirir.

Sarımsaq yağı tapmasanız, bir neçə sarımsağı əzərək suyunu saç dərisinə masaj edərək çəkin. Saçları daha çox nəmləndirmək istəyirsinizsə, o halda bir xörək qaşığı zeytun yağı əlavə edin.

Baş dərisini sarımsaq yağıyla masaj etmək qan dövranını sürətləndirir, saç köklərini qidalandırır və tükün uzanmasına şərait yaradır. Bundan başqa, saç dərisində yığılan ölü dəri hüceyrələri və digər toksinləri təmizləyərək saçın uzanmasına maneə olan problemləri aradan qaldırır. Saç dərisi həddindən artıq quru və qaşınma şikayətləri olanlar müntəzəm şəkildə sarımsaq yağından istifadə etməlidir.

Əgər evdə zeytun yağı və sarımsaq varsa, sarımsaq yağını özünüz də hazırlaya bilərsiniz. Bunun üçün 4-5 diş sarımsağın qabığını soyun, 2 çay stəkanı qədər zeytun yağında 1 həftə saxlayın. Daha sonra bu qarışıqdan saçlarınıza maska çəkin. Saç ucları çox tez qırırlarsa, gecə uclarına bir miqdar bu yağdan sürtün, səhər isə yuyun.

Sarımsaq yağının saç baxımında heç bir əks təsiri yoxdur, ancaq ona allergiyası olanlar saç dərisində qızartı və qaşınma ilə qarşılaşa bilər. Belə hallarda qaşınmanın qarşısını almaq üçün sarımsaq yağı istifadə etməyin və bu yağı istifadə etdikdən sonra saç dərisi qaşınmağa başlayarsa, dərhal şampunla yuyub su ilə yaxalayın.

Məhsul bu kateqoriyalardadı
Çəki:
100 qr
Rəyinizi bildirin
Vacib xanaları doldurun *.
Son baxılanlar

Geriyə