"MİLLİ ŞİRKƏTLƏR: MƏHSULLAR VƏ XİDMƏTLƏR" Biznes kataloqu
"MİLLİ ŞİRKƏTLƏR: MƏHSULLAR VƏ XİDMƏTLƏR" Biznes kataloqunda məlumat və reklam yerləşdirmək nə üçün vacib və sərfəlidir:
- Kataloqun çap və elektron versiyası. 2025-ci ilin yanvar ayından başlayaraq Azərbaycanın ilk Milli Biznes Kataloqunun hazırlanması ilə bağlı tədbirlər və görüşlər keçiriləcək. Kataloqda 1000-dən çox şirkət haqqında məlumatın yerləşdirilməsi və 10.000 nüsxədə çap olunması planlaşdırılır. Bundan əlavə kataloqun 50.000 elektron nüsxəsi (PDF formatında) yerli və xarici şirkətlərə göndəriləcək. Kataloqun elektron versiyası 2 dildə hazırlanacaq (azərbaycan və ingilis). Kataloq satış aqentiniz olaraq ilin 365 günü şirkətinizi, məhsullarınızı və xidmətlərinizi yerli və xarici bazarlarda tanıdacaq və satışlarınıza dəstək olacaq.
- Hər şirkətdə masa üstü biznes kataloq. Kataloqun çap versiyası şirkət direktorlarının, marketinq, satış, idxal, ixrac və təchizat şöbə müdirlərinin masası üstündə olacaq və onları faydalı məlumat ilə təmin edəcək. Kataloq vasitəsilə yerli və xarici şirkətlər Azərbaycanda məhsullar və xidmətlər, distribyutor və tərəfdaşlar axtaracaqlar. Biznes kataloq vasitəsilə sizin şirkətiniz, məhsullarınız və xidmətləriniz haqqında məlumatlar yüz minlərlə yerli və xarici şirkətlərə çatdırılacaq. Yerli və xarici müştəri bazanız genişlənəcək.
- Reklam və tanıtım üçün sərfəli tariflər: Milli Biznes Kataloqunda şirkətiniz, məhsullarınız və xidmətləriniz haqqında məlumat və reklam yerləşdirmək üçün minimal illik ödəniş 120 AZN təşkil edəcək. Sərfəli qiymətlər hər bir şirkət və sahibkarın inkişafı və tanıtımı üçün yeni imkanlar yaradacaq. Rəqiblərinizdən geri qalmamaq və ön səhifələrdə yer almaq üçün bu yeni və faydalı təklifimizə dərhal qoşulun. İllik xidmət haqqını hissə-hissə 2-3 dəfəyə ödəmək imkanı;
- Rəqiblərinizdən geri qalmayın: Rəqiblərinizdən on addım irəlidə və daha çevik olmaq üçün kataloqda öz yerinizi tutun, tanının və satın. Unutmayın ki, yerli və xarici alıcılar və sifarişçilər sizi kataloqda axtaracaqlar. Kataloqda yer tutmağınız - şirkətinizin ciddi və etibarlı olması deməkdir. Rəqiblərinizin bu kataloqda yer alması, sizin isə olmamağınız, yeni müştərilərin cəlb edilməsi və biznesinizin inkişafı üçün mənfi təsir göstərə bilər.
- Minimal xərclə davamlı tanıtım: Müxtəlif sərgilərdə cəmi 3 günlük iştirakınız üçün Siz ən azı 5000-10.000 AZN ödəyirsiniz. Telekanallarda 1-2 dəqiqəlik reklam yayımlamaq on minlərlə xərc tələb edir. Milli Biznes Kataloq ilin 365 günü, günün 24 saatı dayanmadan şirkətinizi və məhsullarınızı yerli və xarici bazarlarda tanıdacaq. Marketinq və satış şöbəniz və əməkdaşlarınız istirahət edən günlərdə (şənbə və bazar, bayramlar) və saatlarda (saat 18.00-dan sonra) kataloq reklam və tanıtımınızı davam edəcək. Bir əməkdaşınızın bir aylıq əmək haqqı həcmində bir illik xidmət haqqı ödəyərək, yorulmayan və daimi işləyən satış mexanizmi və aqenti əldə edirsiniz;
- Ödənişsiz qoşulmaq imkanı və endirimlər: Xidmətlərimizə pulsuz və ya endirimli tariflər ilə qoşulmaq istəyirsinizsə, sadəcə, tanıdığınız şirkətləri (sahibkar dostlarınızı) bizim xidmətlərimizə qoşulmağa məsləhət görün.
ÇAP VƏ ELEKTRON VERSİYA ÜÇÜN TARİFLƏR ( 1 İL ÜÇÜN ÖDƏNİŞ )
Çap versiyası: 10.000 nüsxə
A4 (21 X 30 sm) |
A5 (21 X 15 sm) |
A6 (15 X 10 sm) |
600 AZN |
300 AZN | 170 AZN |
A3 Format (qoşa yan səhifələr) - 1500-2000 AZN
YALNIZ ELEKTRON VERSİYA ÜÇÜN TARİFLƏR ( 1 İL ÜÇÜN ÖDƏNİŞ )
Elektron versiyası: Kataloqun elektron versiyası iki dildə hazırlanacaq (azərbaycan və ingilis). Elektron versiya (PDF formatda) 50.000 yerli və xarici şirkətlərin, xarici ticarət-sənayə palatalarının elektron poçtuna göndəriləcəkdir.
A4 (21x30 sm) |
A5 (21x15 sm) |
A6 (15x10 sm) |
360 AZN |
200 AZN | 120 AZN |
Xidmətə qoşulmaq üçün qeydiyyatdan keçin və istədiyiniz illik tarifi seçin: https://az.b2bagro.ru/milli-shirketlerin-katalogu
və ya QR kodu oxudub qeydiyyatdan keçin: