19-cu Beynəlxalq FMCG Məhsulları Sərgisi- Qazaxıstan, Almatı

Hörmətli Rəhbər! Hörmətli şirkət nümayəndələri!

“Beynəlxalq istehsalçılar, ixracatçılar və idxalçılar Klubu” olaraq nəzərinizə çatdırmaq istərdim ki, bu ilin 6-7-8 iyun tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində 19-cu Beynəlxalq FMCG Məhsulları Sərgisinin və sərgi çərçivəsində çoxsaylı işgüzar  B2B görüşlərin keçirilməsi təşkil olunacaq.

Sizi, və ya şirkətinizin nümayəndəsini bu tədbirdə iştirak etməyə dəvət edirik.

Şirkətiniz riteyl (ziyarətçi) və ya istehsalçı şirkəti kimi (qida və qeyri-qida istehsalçısı və iştirakçı qismində) iştirak edə bilər.

Tədbirdə 10 ölkədən 150 riteyl şirkəti və 100 yaxın müxtəlif qida və qeyri-qida məhsulları istehsalçıları iştirak edəcək.

Bu və keçən il iştirak edən riteyl şirkətlərinin siyahısı ilə burada tanış ola bilərsiniz: https://docs.google.com/spreadsheets/d/1ZDsansXbOhxjHq1rY_CtA6GtLSipv8Jl/edit#gid=1769072129

Ətraflı məlumat almaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz - 0504755728