Əsas / BAD-lar və sağlam qida / Çay tikanı yağı

Çay tikanı yağı

Рейтинг:
(0 голосов)

Çay tikanı yağı

Artikul:
SQ0003
Рейтинг:
(0 голосов)

Çay tikanı yağı

Artikul:
SQ0003
2.67
Количество:
Qiymət soruş
Parametrlər
İstehsalçı
Çəki:
100 qr

Dərman bitkilərinin şahzadəsi - çaytikanı yağının 20 FAYDASI

 

Çaytikanı bitkisi (oblepixo) öz zəngin tərkibi və faydalı xüsusiyyətləri ilə xalq təbabəti ilə yanaşı elmi təbabətdə də geniş istifadə olunur. Unikal xassələrə malik olduğundan bu bitkiyə “dərman bitkilərinin şahzadəsi” də deyilir.

Bu bitkidən hazırlanmış yağ bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazısında çaytikanı yağının 20 faydasını təqdim edir.

1. Çaytikanı yağı mədə və onikibarmaq bağırsağın xorasının müalicəsində ən yaxşı vasitələrdən biridir. Bunun üçün 2 həftə ərzində hər gün yeməkdən 15-20 dəqiqə əvvəl 1 çay qaşığı çaytikanı yağı qəbul etmək lazımdır.

2. Bu yağdan müntəzəm istifadə edildikdə maddələr mübadiləsi normallaşır.

3. Bədənin xəstəliklərə qarşı müqaviməti və orqanizmin immuniteti güclənir.

4. Qəbzliyə qarşı olduqca faydalıdır.

5. Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

6. Görmə qabiliyyətinə müsbət təsir göstərir.

7. Qan damarlarının elastikliyini artırır, qan dövranını yaxşılaşdırır.

8. Piylənmənin qarşısını alır.

9. Qanda xolestrolun səviyyəsini aşağı salır.

10. Mədəaltı və qalxanabənzər vəzin fəaliyyətini normada saxlayır.

11. Cinsi fəallığı artırır.

12. Ağrıkəsici xassəyə malikdir.

13. Təbii antibakterial və antioksidantdır.

14. Dəridə olan yaraların və yanıqların sağalmasını sürətləndirir.

15. Orqanizmi pis ekoloji təsirlərdən qoruyur.

16. Xərçəng xəstəliklərinin profilaktikasında effektli vasitə kimi istifadə olunur.

17. Yüksək bioloji aktivliyə malikdir.

18. Həzm prosesini asanlaşdırır.

19. Ürəyin normal fəaliyyəti üçün də çaytikanı yağı xeyirlidir.

20. Qadın xəstəliklərinin müalicəsində də həkim nəzarəti ilə bu yağdan istifadə olunur.

Qaraciyər, od kisəsi, mədəaltı vəzin iltihablarında çaytikanı yağından istifadə məsləhət görülmür. Çaytikanı bitkisindən və onun yağından müalicə məqsədi ilə istifadə edərkən həkim məsləhətlərinə mütləq şəkildə əməl olunmalıdır.

Çaytikanı yağının müalicəvi xüsusiyyətləri

Çaytıkanı "padşah giləmeyvəsi" adlandırırlar və bu səbəbsiz deyil. Çaytikanı çox zəngin vitamin-mineral tərkibinə malikdir.

Çaytikanı yağı çox effektli müalicəvi vasitə sayılır. Çaytikanı yağı həm xalq, həm də ənənəvi tibbdə müxtəlif xəstəliklər və pozulmalar zamanı çox geniş istifadə olunur.

Çaytikanı yağının tərkibində əvəzsiz doymamış yağlı turşular, aminturşuları (o cümlədən, insan orqanizmi üçün əvəzsiz olan valin, leysin, lizin, fenilalanin), orqanik turşular (salisil, alma, turşəng turşuları), fitonsidlər, pektinlər, vitaminlər (B qrupu, C, E, K, P), dəmir, kalsium, fosfor, sink, kükürd və s. kimi vacib mikroelementlər var.

Çaytikanı yağının spesifik parlaq narıncı rənginin səbəbi yağda çoxlu miqdarda karotinoidlərin olmasıdır. Karotinoidlərdən orqanizmdə A vitamini sintez olunur. Bu vitamin insanın sağlamlığı üçün olduqca vacibdir.

Bundan əlavə çaytikanı yağı C vitamini ilə də zəngindir.

A və C vitaminləri güclü antioksidantlar sayılır. Bu maddələr orqanizmdə gedən qocalma və dağılma prosesləri ləngidir, immun sistemini möhkəmləndirir, orqanizmi şiş xəstəliklərin inkişafından qoruyur.

Çaytikanı yağı avitaminoz (vitaminlərin çatışmazlığı) zamanı müalicəvi vasitə kimi istifadə olunur. Çaytikanı yağını təbii polivitamin kompleks hesab etmək olar.

Çaytikanı yağının tərkbində olan doymamış yağlı turşular, flavonoidlər, kumarin ürək-damar sistemi üçün olduqca xeyirlidir - damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, aterosklerozun və trombların, ürək-damar sistemində iltihabların əmələgəlməsinin qarşısını alır. Məhz bu səbəbdən çaytikanı yağı müxtəlif ürək-damar xəstəlikləri və pozulmaları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.

Çaytikanı yağı mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Çaytikanı yağı mədə turşusunun turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir. Bu yağ mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi müalicəsində çox effektli köməkçi vasitə kimi istifadə olunur. Çaytikanı yağı xoraların sağalmasına kömək edir. Xora xəstəlikdən əlavə çaytikanı yağı həmçinin qastrit, kolit, enterokolit kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Şamlar şəklində olan çaytikanı yağı proktit (düz bağırsağın iltihabı), babasil zamanı istifadə olunur və çox yaxşı müalicəvi effekt verir.

Çaytikanı yağı gözlər üçün xüssilə faydalıdır. Belə hesab olunur ki, bu yağ müxtəlif göz xəstəliklərinin (katarakta, qlaukoma və s.) inkişafının qarşısını alır. Bundan əlavə çaytikanı yağı gözün buynuz qişası travmaları və yanıqları, keratit, traxoma kimi xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur.

Stomatoloqlar çaytikanı yağını damaqların iltihablarının müalicəsində istifadə edirlər. Bunun üçün steril pambıq çaytikanı yağında isladılır və damaqlara qoyulur.

Çaytikanı yağı ginekologiyada da geniş istifadə olunur. Bu yağ kolpit, endometrit, vaqinit, servisit kimi xəstəliklərin kompleks müalicəsində istifadə olunur. Xüsusilə çaytikanı yağı uşaqlıq boynu eroziyası və uşaqlıq yolu selikli qişaların travmaları zamanı tez-tez istifadə olunur. Müalicə zamanı çaytikanı yağına batırılmış pambıq tampon uşaqlıq yoluna qoyulur. Adətən 10-15 belə prosedur təyin olunur. Selikli qişalar tez bir zamanda bərpa olunur və müalicənin nəticəsi davamlı olur.

Çaytikanı yağı özünü müxtəlif dəri xəstəliklərin (psoriaz, neyrodermit, dəmrov, ekzema, piodermiya və s.), yanıqların, xoraların müalicəsində çöx yaxşı göstərib. Ənənəvi tibb həmçinin bu yağı müxtəlif yanıqların (gün, termik, kimyəvi), çətin sağaldılan yaraların, yataq xəstələrində əmələ gələn yaraların müalicəsində geniş istifadə edir.

Müxtəlif xəstəliklərin, avitaminozların profilaktikası məqsədi ilə hər gün yatmazdan əvvəl 1 çay qaşığı çaytikanı yağı qəbul etmək lazımdır.

Bəzi xəstəliklər zamanı çaytikanı yağının qəbulu əks-göstərişdir və bu səbəbdən qəbuldan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. Çaytikanı yağı üz dərisini yumşaldır, qidalandırır, daha elastik edir, xırda qırışları yox edir, ağardır, piqment ləkələri və çilləri daha az görünən edir.

Çaytikanı yağı ilə kosmetik maskanın resepti: 2 xörək qaşığı yulaf yarması az miqdarda qaynar suda isladılır. Yarma şişəndə ora 1 çay qaşığı çaytikanı yağı, 1 çay qaşığı bal əlavə olunur və yaxşı qarışdırılır. Maska təmiz üz dərisinə çəkilir və 20 dəqiqədən sonra ilıq su ilə yuyulur.

Çaytikanı yağı həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Həftədə 1 dəfə saçların köklərinə çaytikanı yağı sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun. Saçlarınız daha canlı, sağlam və parlaq olacaq.

Məhsul bu kateqoriyalardadı
Çəki:
100 qr
Rəyinizi bildirin
Vacib xanaları doldurun *.
Son baxılanlar

Geriyə